Almaniya Ukraynaya IRIS-T SLM ZRK və TRML-4D radarı tədarük edib

Almaniya Ukraynaya IRIS-T SLM ZRK və TRML-4D radarı tədarük edib

Almaniya hərbi yardım çərçivəsində Ukraynaya IRIS-T SLM zenit-raket kompleksi (ZRK) və 2 ədəd TRML-4D radarı tədarük edib.

“Poliqon” xəbər verir ki, bu, Almaniya hökumətinin Ukrayna üçün ayırdığı yeni hərbi yardım paketində öz əksini tapıb.

Həmçinin paketə daxildir:

  • “Leopard 2A6” tankları üçün döyüş sursatı;
  • 10 ədəd “Marder” piyada döyüş maşını (PDM);
  • 1 ədəd SKYNEX hava hücumundan müdafiə sistemi (sursatları ilə birlikdə);
  • 9080 ədəd 155 mm-lik artilleriya mərmisi;
  • 2 ədəd WISENT 1 minatəmizləmə tankı;
  • 1 ədəd “Biber” səyyar üzən körpü sistemi;
  • 10 ədəd GO12 yerüstü müşahidə radarı;
  • 305 ədəd MK 556 avtomatı və s.
CATEGORIES
TAGS