Almaniya və Norveç NSM gəmi əleyhinə raketləri alır

Almaniya və Norveç NSM gəmi əleyhinə raketləri alır

Norveçin “Kongsberg” şirkəti Almaniya və Norveç Hərbi Dəniz Qüvvələrini NSM (Naval Strike Missile) gəmi əleyhinə raketləri və ORCCA döyüş sisteminin elementləri ilə təmin edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə 8 iyul tarixində Kongsberg şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, şirkətin Almaniya və Norveç HDQ-inin altı yeni 212 CD (Common Design) sualtı qayığı üçün ORCCA döyüş sistemi elementlərinin və NSM dəniz zərbə raketlərinin tədarükü barədə müqavilələr imzaladığı bildirilir. Qeyd edilir ki, NSM müqaviləsi Norveç və Almaniyanın ortaq satınalmasıdır.

ORCCA döyüş sistemi müqaviləsi 212CD sualtı qayığının inşasının əsas podratçısı olan ThyssenKrupp Marine Systems GmbH gəmiqayırma şirkətinin subpodratıdır.

ORCCA ilk dəfə olaraq özündə maksimal uyğunlaşmanı və ən yüksək IT təhlükəsizliyi birləşdirir. Bu, sistem operatorlarına hərtərəfli və sürətləndirilmiş qərar qəbuletmə prosesini təmin edən çoxfunksiyalı konsoldan istifadə edərək geniş sensor və sistemlərdən inkişaf etmiş məlumat təhlilləri həyata keçirməyə imkan verir.

NSM, Kongsberg şirkəti tərəfindən yaradılan gəmi əleyhinə və yerüstü 5-ci nəsil ən yüksək dəqiqlikli uzun mənzilli zərbə raketidir. Raket Microturbo TRI-40 turboreaktiv mühərriki ilə təchiz edilib.

Ən müasir quruluş və kompozit materialların istifadəsi, raketlərə mürəkkəb gizlilik imkanları vermək üçün tətbiq edilmişdir. Raketin kütləsi 400 kq-dan biraz artıqdır, nüfuzedici/fuqas döyüş hissəsinin kütləsi 120 kq-dır, minimal 3 km və maksimal 185 km-dən (100 dəniz milindən) artıq uçuş mənzilinə malikdir. Raketin uzunluğu 3,96 m, qanad açıqlığı 1,4 m-dir. Uçuş sürəti 0,975 Mach təşkil edir.

NSM raket sahil sularında və açıq dəniz ssenarilərində aparılacaq döyüş fəaliyyətləri üçün nəzərdə tutulmuşdur.

Xatırladaq ki, bu raketlər hazırda Norveç, Almaniya, Polşa, Malayziya və ABŞ ordularının silahlanmasında yer alır.

FB IMG 1626160065431 FB IMG 1626160069270

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS