
“Rheinmetall” və “Kraken Technology Group”un birgə müəssisəsi olan “Rheinmetall Kraken GmbH” Almaniyanın Hamburq şəhərində “Kraken K3 Scout” insansız dəniz aparatının (İDA) seriyalı istehsalına başlayıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, İDA-ların istehsalı “Blohm+Voss” gəmiqayırma zavodunda həyata keçirilir.
Konfiqurasiyadan asılı olaraq “Kraken K3 Scout” İDA-lar dəniz monitorinqi, kritik infrastrukturun mühafizəsi, eləcə də hərbi əməliyyatlar zamanı silah daşıyıcısı kimi istifadə edilə bilər. 8,4 metr uzunluğa malik platforma 55 knot sürətə çata və müştəri tələblərinə uyğun olaraq fərdiləşdirilə bilir.




