Almanlar “Wiesel 1” zirehli maşınlarını təkmilləşdirir

Almanlar “Wiesel 1” zirehli maşınlarını təkmilləşdirir

Almaniya Müdafiə Nazirliyi “Wiesel 1” zirehli maşınlarının istismar müddətini ən azı 2025-ə qədər uzatmaq üçün FFG şirkəti ilə müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence” “Flensburger Fahrzeugbau Gesellschaft” (FFG) şirkətinə istinadən məlumat verib.

Müqaviləyə əsasən FFG şirkəti Almaniya Silahlı Qüvvələrinin texnika parkında yer alan 181 ədəd “Wiesel 1” zirehli maşını təkmilləşdirəcək.

“Wiesel 1” nəqliyyat vasitələrinin üç fərqli versiyası mövcuddur. Bunlar Rheinmetall” şirkətinin 20 mm-lik MK 20 Rh 202 iki lüləli topu ilə silahlandırılan hava hücumundan müdafiə, “Raytheon” şirkətinin TOW A1 tank əleyhinə raket kompleksi ilə təchiz edilən tank əleyhinə, digəri isə kəşfiyyat versiyasıdır.

Tank əleyhinə versiya İsrail və Almaniyanın birgə müəssisəsi “EuroSpike GmbH” şirkətinin istehsalı olan MELLS (Mehrrollenfähiges Leichtes Lenkflugkörper-System) TƏİR kompleksi ilə silahlandırılacaq.

 

 

CATEGORIES
TAGS