Anadolu Qartalı-2021: Azərbaycan hərbi pilotları düşmənin yer və hava hədəflərini məhv edib

Anadolu Qartalı-2021: Azərbaycan hərbi pilotları düşmənin yer və hava hədəflərini məhv edib

Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib.

Tapşırığa əsasən hərbi pilotlar hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib.

f598caac2b38f896643eac6e9e3c405a

c3ac73cccfb55692cdd050d38f0f6aca

b224a852f3361fb64ca2053508151025

6cd0c459769735bd26236dac133108dd

5a38878cb38b9034f4dbf332b650a031

0e833ad1f178e69d8dc02ff1c94b1c87

Poliqon.az

CATEGORIES
TAGS