Xəbərlər

ANAMA 109 hektara yaxın ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il dekabrın 13-dən 18-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 084 990 m2 (108.5 ha) ərazi yoxlanılıb, 2 ədəd piyada və 18 ədəd tank əleyhinə mina, 166 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anma
Back to top button