ANAMA 195 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA 195 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü il sentyabrın 11-dən 17-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 195.7 ha ərazi yoxlanılıb, 11 ədəd piyada əleyhinə mina, 8 ədəd tank əleyhinə mina və 34 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES