ANAMA 326 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il dekabrın 11-dən 17-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 326.6 ha ərazi yoxlanılıb, 22 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina və 234 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
TAGS ANAMA