Xəbərlər
ANAMA 50 hektar ərazini minadan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il noyabrın 22-dən 27-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 500 067 m2 (50 ha) ərazi yoxlanılıb, 1 ədəd piyada və 36 ədəd tank əleyhinə mina, 14 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





