ANAMA 533 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA 533 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü il dekabrın 4-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 533 ha ərazi yoxlanılıb, 87 ədəd piyada əleyhinə mina, 84 ədəd tank əleyhinə mina və 340 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES