ANAMA 63 hektardan çox ərazini minadan təmizləyib

ANAMA 63 hektardan çox ərazini minadan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il noyabrın 8-dən 13-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 635 661 m2 (63.6 ha) ərazi yoxlanılıb, 57 ədəd piyada və 56 ədəd tank əleyhinə mina, 20 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 2

Poliqon.az

CATEGORIES
TAGS