ANAMA 70 hektar ərazini minadan təmizləyib

ANAMA 70 hektar ərazini minadan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il noyabrın 29-dan dekabrın 4-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 698 495 m2 (70 ha) ərazi yoxlanılıb, 3 ədəd piyada və 27 ədəd tank əleyhinə mina, 19 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 1

Poliqon.az

CATEGORIES
TAGS