ANAMA 945 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA 945 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il fevralın 19-dən 25-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 945.7 ha ərazi yoxlanılıb, 95 ədəd piyada əleyhinə mina, 44 ədəd tank əleyhinə mina və 112 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES