
ANAMA azad edilən ərazilərdə daha 172 mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il aprelin 18-dən 23-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4 757 174 m2 (475.7 ha) ərazi yoxlanılıb, 46 ədəd piyada və 126 ədəd tank əleyhinə mina, 170 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES Xəbərlər


