ANAMA azad edilən ərazilərdə ötən ay 1126 ədəd mina aşkarlayıb

ANAMA azad edilən ərazilərdə ötən ay 1126 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Xocalı və Şuşa ərazisində aparılıb.

2022-ci il noyabrın 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2522.6 ha ərazi yoxlanılıb, 782 ədəd piyada və 344 ədəd tank əleyhinə mina, 1735 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fi862ngXwAAgLmP

Poliqon.az

CATEGORIES
TAGS