ANAMA azad edilən ərazilərdə ötən ay 1834 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Xocalı, Laçın, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il oktyabrın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3246.2 ha ərazi yoxlanılıb, 1373 ədəd piyada və 461 ədəd tank əleyhinə mina, 2301 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər