ANAMA azad edilən ərazilərdə ötən həftə 119 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il noyabrın 14-dən 19-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 358 ha ərazi yoxlanılıb, 96 ədəd piyada və 23 ədəd tank əleyhinə mina, 345 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər
TAGS ANAMA