ANAMA azad olunan ərazilərdə 348 ədəd mina aşkarlayıb

ANAMA azad olunan ərazilərdə 348 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü il avqustun 21-dən 27-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 528.1 ha ərazi yoxlanılıb, 256 ədəd piyada əleyhinə mina, 92 ədəd tank əleyhinə mina və 71 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES