ANAMA azad olunan ərazilərdə 367 mina və 8086 PHS aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2024-cü il iyulun 29-dan avqustun 4-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2790.9 ha ərazi yoxlanılıb, 280 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina və 8086 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.