ANAMA azad olunan ərazilərdə daha 137 ədəd mina zərərsizləşdirib

ANAMA azad olunan ərazilərdə daha 137 ədəd mina zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il noyabrın 15-dən 20-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 573 219 m2 (157 ha) ərazi yoxlanılıb, 25 ədəd piyada və 112 ədəd tank əleyhinə mina, 88 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

mina

Poliqon.az

CATEGORIES
TAGS