ANAMA azad olunan ərazilərdə ötən ay 596 ədəd mina aşkarlayıb

ANAMA azad olunan ərazilərdə ötən ay 596 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il fevralın ayında aparılan minatəmizləmə əməliyyatları zamanı 4562.6  ha ərazi yoxlanılıb, 437 ədəd piyada əleyhinə mina, 159 ədəd tank əleyhinə mina və 1941 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES