Xəbərlər

ANAMA azad olunan ərazilərdə ötən ay daha 165 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il martın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3 066 899 m2 (306.7 ha) ərazi yoxlanılıb, 68 ədəd piyada və 97 ədəd tank əleyhinə mina, 298 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama

Poliqon.az

Back to top button