ANAMA-da BMTİP-nin nümayəndə heyəti ilə görüş keçirilib

ANAMA-da BMTİP-nin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə “Poliqon”a Azərbaycan Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin yaradılması üzrə BMTİP-nin məsləhətçisi Yan Mansfildin də iştirak etdiyi görüşün başlıca məqsədi həmin Mərkəzin yaradılması və resursların artırılması, eləcə də bu istiqamətdə bilik və bacarıq mübadiləsinin  gücləndirilməsinə dair müzakirələrdən ibarət olub.

Görüş çərçivəsində eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması istiqamətində əməkdaşlıq imkanlarının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

CATEGORIES