ANAMA-da İsveçrənin hərbi attaşesi ilə görüş keçirilib

ANAMA-da İsveçrənin hərbi attaşesi ilə görüş keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov İsveçrənin Türkiyə, Azərbaycan və Gürcüstandakı hərbi attaşesi, Baş Qərargah polkovniki Diter Viki ilə görüş keçirib.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, görüşdə, Agentliyin qarşısında duran məqsəd və vəzifələr, fəaliyyət dövrü ərzində gördüyü işlər, təlim imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsi, bu təhlükə ilə mübarizə istiqamətində göstərilən fəaliyyət və əlaqəli şəkildə icra edilən yenidənqurma işləri barədə təqdimat nümayiş olunub.

Qonaq, Azərbaycanın üzləşdiyi mina problemi barədə ətraflı məlumatlandırılıb. Görüşdə iki ölkə arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS