Xəbərlər

ANAMA daha 271 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin mayın 22-dən 27-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 271 ha ərazi yoxlanılıb, 21 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina və 96 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

Back to top button