Xəbərlər

ANAMA daha 303 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin aprelin 17-dən 22-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 303 ha ərazi yoxlanılıb, 13 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina və 39 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fui9bnMXoAAdP8O

Poliqon.az

Back to top button