ANAMA daha 344 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 344 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il mayın 2-dən 7-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3 440 024 m2 (344 ha) ərazi yoxlanılıb, 97 ədəd piyada və 35 ədəd tank əleyhinə mina, 86 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 1

Poliqon.az

CATEGORIES
TAGS