
ANAMA daha 586 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il iyulun 4-dən 8-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 5 860 739 m2 (586 ha) ərazi yoxlanılıb, 46 ədəd piyada və 5 ədəd tank əleyhinə mina, 264 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər