ANAMA daha 774 hektar ərazini minalardan təmizləyib

ANAMA daha 774 hektar ərazini minalardan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyunun 20-dən 25-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 7 749 438 m2 (774 ha) ərazi yoxlanılıb, 25 ədəd piyada və 31 ədəd tank əleyhinə mina, 147 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 6

Poliqon.az

CATEGORIES
TAGS