
ANAMA daha 953 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il iyulun 18-dən 24-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 9 534 765 m2 (953 ha) ərazi yoxlanılıb, 184 ədəd piyada və 11 ədəd tank əleyhinə mina, 181 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər