ANAMA IMSMA NG sisteminə keçməyə hazırlaşır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yaxın bu ilin ortalarından IMSMA NG (Mina Təhlükəsilə Mübarizə üzrə İnformasiyanın İdarə edilməsi Sistemi) sisteminin tətbiqinə başlamağı planlaşdırır. Bu barədə AzeriDefenceyə ANAMA-nın İnformasiya departamentinin meneceri Murad Rəhimov məlumat verib.

M. Rəhimovun sözlərinə görə, hazırda sistemin tətbiqi ilə əlaqədar olaraq bəzi texniki işlər həyata keçirilir, dəqiqləşdirmələr aparılır.

“IMSMA-nın yeni versiyası artıq hazırdır. Sadəcə olaraq, hazırda ANAMA-nın 12 ildir istifadə etdiyi versiyanın yeni sistemə tam miqrasiyası üçün bəzi texniki dəyişikliklər həyata keçirilir”, – deyə M. Rəhimov vurğulayıb.

ANAMA nümayəndəsi qeyd edib ki, yeni versiya vasitəsi ilə informasiyaların sistemə yerləşdirilməsi prosesi sürətlənəcək. İnternet vasitəsi ilə regional bazalardan məlumatlar sistemə daxil edilə biləcək ki, hazırda bu işlər yalnız ANAMA-nın Baş Qərargahından həyata keçirilir.

KATEQORIYA: