Xəbərlər

ANAMA işğaldan azad edilmiş ərazilərdə 316 ədəd mina zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il noyabrın 1-dən 6-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 209 273 m2 (121 ha) ərazi yoxlanılıb, 173 ədəd piyada və 143 ədəd tank əleyhinə mina, 93 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

an

Poliqon.az

Back to top button