Xəbərlər
ANAMA işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il mayın 10-dan 16-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 395 186 m2 (139.5 ha) ərazi yoxlanılıb, 82 ədəd piyada və 5 ədəd tank əleyhinə mina, 24 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.





