ANAMA martın 1-dən Ceyrançöldə əməliyyatlara başlayır

Ceyrançöl ərazisində partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatlarının birinci fazasına martın 1-dən start veriləcək. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssisi Adil Aslanovun sözlərinə görə, 28 ay davam edəcək birinci mərhələ çərçivəsində 19 mln. kv.metr ərazinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi planlaşdırılır.

ANAMA nümayəndəsi bu günlərdə NATO-nun NAMSA agentliyinin «Ceyrançöl» layihəsi maliyyələşdirməyə razılıq verdiyini də bildirib.

Layihə 50% Azərbaycan hökuməti, 50% isə NAMSA tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Gürcüstanla sərhəddə yerləşən Ceyrançöl ərazisində keçmiş Sovet Ordusunun Cənubi Qafqazda ən böyük poliqonu yerləşib. Ümumi sahəsi 64 milyon kvadratmetrdən artıq olan ərazidə müxtəlif çaplı döyüş sursatlarına və minalara rastlaşılır. Ərazinin bir qismi Dövlət Sərhəd Xidmətinin sifarişi əsaısnda təmizlənir.

CATEGORIES