ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara bir daha müraciət edib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara bir daha müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

“Poliqon” xəbər verir ki, bu barədə ANAMA-nın yaydığı müraciətdə bildirilib.

“Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə – DAYANIN, hərəkət etməyin!

Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!”, – deyə müraciətdə qeyd olunub.

CATEGORIES