ANAMA Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair təlim keçirib

ANAMA Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair təlim keçirib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində işğaldan azad edilmiş Qarabağda aparılan bərpa-quruculuq işlərində fəaliyyət göstərən qurumların və müəssisələrin nümayəndələrinə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Agentlik rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Təlimdə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərenerji” ASC, “Azərpoçt”, “Electro İndustries”, “Agro Food”, “Azərşəkər”, EVRASCON, AZENCO, “Balxurma” MMC nümayəndələri iştirak edib. Ümumilikdə bugünki təlimdə 40 nəfər işçi cəlb olunub, yeni biliklərə sahib oldu.

Təlim zamanı mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, şübhəli ərazilərin əlamətləri və davranış qaydaları barədə geniş məlumatlar verilib, prezentasiya təqdim olunub. İnsan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah edilib, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi çatdırılıb. Xüsusilə qeyd edildi ki, çox vaxt partlayıcı qurğular təhlükəli bir əşya olduğuna bənzəmir, zərərsiz görünür. Hər bir oyuncağın, qutunun və hətta siqaret qutusunun, şüşə qabların və digər əşyaların içində partlayıcı maddələr yerləşdirilə bilər.

Sonda iştirakçılara xəbərdaredici posterlər, broşurlar, sertifikat və Təlimat Kitabçaları təqdim olunub.

Bildirək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurum və müəssisələrin mütəxəssisləri üçün ANAMA-nın “Train-the-trainer” (Təlimçilərin Təlimi) proqramı davam edir.

an1 an2

Poliqon.az

CATEGORIES
TAGS