
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb – YENİLƏNİB
İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA-nın mətbuat xidmətidən verilən məlumata görə, Agentliyin bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, daha sonra onlara psixoloji dəstək göstərilib.
ANAMA bir daha xəbərdarlıq edib ki, işğaldan azad edilmiş ərazilərdə möcvud mina təhlükəsi ilə üzləşməmək üçün vətəndaşlar nizam-intizamlı davranmalı və məsuliyyətli olmalıdır.