Xəbərlər
ANAMA-nın sədri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüş keçirib.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, görüşdə qardaş ölkənin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə mümkün töhvə verməsi barədə fikir mübadiləsi aparılıb.




