Xəbərlər

ANAMA ötən həftə işğaldan azad olunan ərazilərdə 126 ədəd mina, 873 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il mayın 17-dən 22-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2 436 776 m2 (243 ha) ərazi yoxlanılıb, 93 ədəd piyada və 33 ədəd tank əleyhinə mina, 873 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA həftəlik məlumat 17.05 22.05.2021 1

Poliqon.az

Back to top button