ANAMA ötən ay 1700 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 1700 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il aprelin 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 17 015 414 m2 (1701.5 ha) ərazi yoxlanılıb, 341 ədəd piyada və 482 ədəd tank əleyhinə mina, 673 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

CATEGORIES
TAGS