ANAMA ötən ay 379 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 379 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il fevralın 1-dən 28-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 3 795 984 m2 (379.6 ha) ərazi yoxlanılıb, 96 ədəd piyada və 63 ədəd tank əleyhinə mina, 601 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama

Poliqon.az

CATEGORIES
TAGS