ANAMA ötən ay 414 hektar ərazidə mina zərərsizləşdirib

ANAMA ötən ay 414 hektar ərazidə mina zərərsizləşdirib

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) 2021-ci ilin noyabr ayı ərzində işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, ötən ay ərzində minatəmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2021-ci il noyabrın 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4 145 456 m2 (414 ha) ərazi yoxlanılıb, 256 ədəd piyada və 354 ədəd tank əleyhinə mina, 223 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama1

Poliqon.az

CATEGORIES
TAGS