ANAMA ötən ay azad edilən ərazilərdə 539 ədəd mina, 1273 ədəd PHS aşkarlayıb

ANAMA ötən ay azad edilən ərazilərdə 539 ədəd mina, 1273 ədəd PHS aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Xocavənd, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyunun 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 27 233 542 m2 (2723.4 ha) ərazi yoxlanılıb, 303 ədəd piyada və 236 ədəd tank əleyhinə mina, 1273 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama

Poliqon.az

CATEGORIES
TAGS