ANAMA ötən ay azad edilən ərazilərdə daha 825 ədəd mina aşkarlayıb

ANAMA ötən ay azad edilən ərazilərdə daha 825 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Xocavənd, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il mayın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 20 987 936 m2 (2098.8 ha) ərazi yoxlanılıb, 546 ədəd piyada və 279 ədəd tank əleyhinə mina, 1021 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama

Poliqon.az

CATEGORIES
TAGS