Xəbərlər
ANAMA ötən həftə 112 ədəd mina və 54 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il avqustun 16-dan 21-ə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 475 915 m2 (147 ha) ərazi yoxlanılıb, 110 ədəd piyada və 2 ədəd tank əleyhinə mina, 54 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





