ANAMA ötən həftə 94 hektardan çox ərazini mina və PHS-dən təmizləyib

ANAMA ötən həftə 94 hektardan çox ərazini mina və PHS-dən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il fevralın 21-dən 26-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 947 617 m2 (94.8 ha) ərazi yoxlanılıb, 33 ədəd piyada və 24 ədəd tank əleyhinə mina, 266 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 6

Poliqon.az

CATEGORIES
TAGS