
ANAMA ötən həftə ərzində 4 ədəd mina və 9 ədəd PHS zərərsizləşdirib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il yanvarın 17-dən 22-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 674 372 m2 (67.4 ha) ərazi yoxlanılıb, 3 ədəd piyada və 1 ədəd tank əleyhinə mina, 9 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər