ANAMA ötən həftə ərzində 42 ədəd mina və 233 ədəd PHS zərərsizləşdirib

ANAMA ötən həftə ərzində 42 ədəd mina və 233 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il fevralın 14-dən 19-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 158 454 m2 (115.8 ha) ərazi yoxlanılıb, 27 ədəd piyada və 15 ədəd tank əleyhinə mina, 233 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 4

Poliqon.az

CATEGORIES
TAGS