ANAMA ötən həftə işğaldan azad olunmuş ərzilərdə 237 ədəd PHS zərərsizləşdirib

ANAMA ötən həftə işğaldan azad olunmuş ərzilərdə 237 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il aprelin 11-dən 16-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4 457 773 m2 (445.8 ha) ərazi yoxlanılıb, 59 ədəd piyada və 66 ədəd tank əleyhinə mina, 237 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 2

Poliqon.az

CATEGORIES
TAGS