
ANAMA ötən həftə işğaldan azad olunmuş ərzilərdə 247 ədəd mina zərərsizləşdirib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il aprelin 4-dən 9-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2 369 636 m2 (237 ha) ərazi yoxlanılıb, 106 ədəd piyada və 141 ədəd tank əleyhinə mina, 156 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES Xəbərlər


